3 yanvar 2014 01:30
2013-cü ilin ən yadda qalan futbol hadisəsi bəlli oldu
Azerisport.az daha bir sorğusuna yekun vurub. "2013-cü il hansı futbol hadisəsi ilə yadınızda daha çox qaldı" sualı ilə müraciət etdiyimiz oxucularımızın yekun rəyi bəllidi.
Nəticələrlə sizi də tanış edirik:
"Bakı"nın "Atletiko" və "Lans"la müqavilə imzalaması - 122 səs (28 %)
Azərbaycan - Rusiya matçı - 79 səs (18 %)
Super Kubok matçının yenidən keçirilməsi - 56 (13 %)
Azərbaycan Kubokunun finalı - 52 səs (12 %)
Ruslan Abışovun "Rubin"ə transferi - 51 səs (12 %)
Berti Foqtsla yeni müqavilənin imzalanması - 38 səs (9 %)
Futzal yığmamızın AÇ-2014-ün final mərhələsinə çıxması - 33 səs (8 %)
