3 yanvar 2014 01:20
Eratın yeni baş məşqçisi bəlli oldu
Azərbaycanın 21 yaşadək futbolçulardan ibarət yığmasının hücumçusu Toğrul Eratın yeni baş məşqçisi müəyyənləşib. Azerisport.az xəbər verir ki, 2-ci Bundesliqada çıxış edən "Fortuna"ya bundan sonra Lorens-Qunter Köstner başçılıq edəcək.
Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Məlumatda bildirilir ki, 62 yaşlı mütəxəssislə 2014/15 mövsümünün sonunadək müqavilə imzalanıb.
