3 yanvar 2014 00:50

Kamil Məmmədov: Onlar mövsümün əvvəlindən bəri müştərimin pulunu ödəməyib

Ukraynanın "Dinamo" (Kiyev) klubunun sabiq hücumçusu Artyom Milevskinin azərbaycanlı meneceri Kamil Məmmədov müştərisinin Türkiyə "Qaziantepspor"undan ayrılmasına münasibət bildirib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Milevskiyə "Qaziantepspor"da nə oldu? Niyə müqaviləyə xitam verildi?
- Klub mövsümün əvvəlindən oyunçunun maaşını ödəmirdi. Bu üzdən FİFA-ya da şikayət ünvanlanmışdı, klubun ofisinə xəbərdarlıq məktubu göndərilmişdi. Bir sözlə, tam bir xaos hökm sürürdü. Artyom da bu üzdən klubla danışıb, müqavilənin ləğvinə qərar verdi.
 
- Ümumiyyətlə, "Qaziantepspor"da nə baş verir?
- Belə şəraitdə işləmək mümkünsüzdü. Yəqin ki, əksər futbolçular oradan gedəcək. Bəziləri artıq bu yöndə danışıqlar aparırlar. Bizim üçün "Qaziantepspor" tarixi başa çatıb.
 
- Milevski bundan sonra nə edəcək? Yəqin ki, onun Ukraynaya qayıtmaq ehtimalı daha yüksəkdi...
- İndi hamı istirahətdədi. Yeni variantlar mütləq olacaq.
 
Qeyd edək ki, Milevski "Qaziantepspor"da cəmi 4 ay oynadı. O, 2013-cü ilin sentyabr ayında transfer olunduğu bu komandada 8 matça çıxıb (6 çempionat, 2 kubok oyunu). Lakin həmin oyunların da heç birini 90 dəqiqə meydanda olmayıb. Bu müddətdə o, 1 qol vurub və eyni sayda da məhsuldar ötürməylə yadda qalıb.
 
Hazırda Milevskinin karyerasını davam etdirəcəyi ehtimal olunan klublar arasında "Qəbələ"nin də adı hallanır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.