2 yanvar 2014 12:30
Kocaman Xəzər Lənkəranın təklifini rədd edib
Türkiyənin "Fənərbaxça" klubunun sabiq baş məşqçisi Aykut Kocaman "Xəzər Lənkəran"ın təklifini rədd edib. Azerisport.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Məlumatda bildirilir ki, Con Toşakla yollarını ayıran Lənkəran təmsilşisi Mustafa Dənizlidən əvvəl türk çalışdırıcıya 4 milyon avroluq təklif göndərib. Ancaq Kocaman dincəlmək istədiyi üçün göndərilən təklifi müsbət qarşılamayıb.
Qeyd edək ki, Kocaman ötən mövsüm "Fənər"lə yolları ayırdıqdan sonra bir müddət işləməyəcəyini bildirmişdi.
