2 yanvar 2014 11:43
Aslan Kərimov: Yerlilərdən millidə ancaq Qurban Qurbanovu görürdüm
Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Berti Foqtsun köməkçisi olan Aslan Kərimovun azerisport.az saytına müsahibəsi
- Berti Foqtsun millidə saxlanılmasını necə qarşıladız?
- Çox yaxşı (gülür). Başqa əcnəbi gəlsəydi, onun bura uyğunlaşması, futbolçularımızı tanıması və sair üçün xeyli vaxt lazım olacaqdı. Foqts isə futbolumuzu artıq tam öyrənib.

- Yerli məşqçi ola bilməzdi?
- Yerlilərdən bu posta yalnız Qurban Qurbanovu görürdüm. 3-4 il ərzində o, "Qarabağ"dan çox yaxşı komanda yaratdı. Hansı ki, bu komanda avrokuboklarda uğurlar qazanır, çempionluğa oynayır. Lakin bütün bunları bir kənara qoyub yığmaya gəlmək də Qurbanov üçün asan deyildi. Ona görə mən elə ən düzgün variant kimi Foqtsun qalmasını istəyirdim.

- Onun postunda qalması sizin də rəsmi olaraq köməkçi-məşqçi təyin olunmağınızla nəticələndi...
- Düzünü deyim ki, bu barədə düşünmürdüm. Mənim onsuz da işlərim çox idi. Amma belə bir postun mənə həvalə olunması təbii ki, böyük şərəfdi.
- Mahmud Qurbanovla necə çalışacaqsız?
- Onun haqqında ancaq müsbət sözlər söyləyə bilərəm. Mahmudun mənimlə müqayisədə üstünlükləri var. O, klub futbolunda da çalışıb. Mənim isə elə bir təcrübəm yoxdu. Mahmud uzun illər yığmada oynayıb. Məşqçi kimi də böyük potensiala malikdi. Yığmada çalışmaq onun üçün də tramplin rolunu oynayacaq.

- AFFA rəsmiləri artıq indidən yığmamızın AÇ-2016-ya çıxmaq uğrunda mübarizə aparmasından danışır. Bu, məşqçilər korpusunun, xüsusilə gənc mütəxəssislər üzərində təzyiq yaratmayacaq ki?
- Belə deməzdim. Sadəcə, məsuliyyət daha böyük olacaq. Yığma yenə əvvəlki rejimdə məşq edəcək, çalışacaq. Fikrimcə, çox şey püşkatmadan asılıdı.

- Siz də Antalyaya, klubların təlim-məşq toplanışlarını izləməyə gedəcəksiz?
- Əgər baş məşqçi özü orada olacaqsa, yəqin ki, köməkçilərə ehtiyac olmayacaq. Amma əgər dəvət etsələr, getməyə hazıram.