2 yanvar 2014 19:37
Qəbələ Rusiyanın Premyer Liqa klubu ilə üz-üzə gələcək
"Qəbələ"nin Türkiyə toplanışı zamanı qarşılaşacağı rəqiblərdən daha biri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Yuri Syomin yetirmələrini Rusiyanın "Volqa" klubu ilə görüşdə sınayacaq.
Antalyada keçiriləcək oyun yanvarın 22-də baş tutacaq.
Qeyd edək ki, "Qəbələ" Türkiyədə bütövlükdə 7 yoxlama oyunu keçirəcək. Rəqiblərdən biri yerli "Konyaspor" olacaq. Həmin görüş yanvarın 16-da baş tutacaq. Ayın 20-də isə Qazaxıstanın "Spartak" klubu ilə görüş planlaşdırılır.
