2 yanvar 2014 19:05
Rəvanın ilk rəqibləri bəlli oldu
"Rəvan"ın qış hazırlıq planı çərçivəsində yoxlama oyunu keçirəcəyi bəzi rəqiblər müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu yanvarın 10 və 12-də Bakıda iki sınaq matçı keçirəcək.
Şahin Diniyev yetirmələrini öncə "Sumqayıt"la görüşdə sınayacaq. Növbəti yoxlama matçı isə iki gün sonra 1-ci divizionun lideri "Araz Naxçıvan"a qarşı olacaq.
