2 yanvar 2014 18:47
Qarabağ Sparatkla yoxlama matçı keçirəcək
"Qarabağ"ın Türkiyə toplanışı zamanı qarşılaşacağı rəqiblərdən biri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Ağdam klubu Qazaxıstan "Spartak"ı ilə qarşılaşacaq.
Klubdan verilən məlumata görə, matç yanvarın 23-də Antalyada baş tutacaq.
Qeyd edək ki, "Qarabağ" yanvarın 19-da Rumıniya "Dinamo"su (Buxarest) ilə də yoxlama oyunu keçirəcək. Bütövlükdə isə Qurban Qurbanovun yetirmələri 4 yoxlama matçı keçirəcək.
