2 yanvar 2014 01:09
Qəbələ Spartakla qarşılaşacaq
"Qəbələ"nin Türkiyə toplanışı zamanı qarşılaşacağı rəqiblərdən daha biri müəyyənləşib. Azerisport.az xəbər verir ki, Yuri Syomin yetirmələrini Qazaxıstanın "Spartak" klubu ilə görüşdə sınayacaq.
Antalyada keçiriləcək oyun yanvarın 20-də baş tutacaq.
Qeyd edək ki, "Qəbələ" Türkiyədə bütövlükdə 7 yoxlama oyunu keçirəcək. Rəqiblərdən biri isə yerli "Konyaspor" olacaq. Həmin görüş yanvarın 16-da baş tutacaq.
