2 yanvar 2014 00:33
Xəzər Lənkəran Əliyevlə 2 illik müqavilə imzalamağa hazırlaşır
"Xəzər Lənkəran" "Sumqayıt"ın hücumçusu Orxan Əliyevi transfer etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, cənub təmsilçisi artıq bu yöndə çalışmalara start verib.
Klubun mətbuat xidmətindən aldığımız məlumata görə, hələlik danışıqlar davam etdirilir və yaxın günlərdə bu transferin tam rəsmiləşməsi gözlənilir.
Danışıqlar müsbət yekunlaşsa, 18 yaşlı hücumçu "Xəzər Lənkəran"ın yanvar toplanışında iştirak edə biləcək. Əliyevlə 2 illik müqavilə imzalanması gözlənilir.
