2 yanvar 2014 00:18
Milevski Qəbələyə keçə bilər
Türkiyənin "Qaziantepspor" klubu hücumçusu Artyom Milevskinin xidmətindən imtina edib. Azerisport.az xəbər verir ki, klub rəhbərliyi ukraynalı futbolçu ilə müqavilənin ləğvinə qərar verib.
Halbuki, tərəflər arasında 2016-cı ilə qədər müqavilə imzalanmışdı. Milevskinin "Qaziantepspor" klubundan ayrılması isə onun "Qəbələ"yə keçəcəyi barədə ehtimalları yenidən artırıb.
Qeyd edək ki, "Qəbələ"nin Milesvkini alacağı barədə xəbərlər hələ yayda Yuri Syomin Azərbaycan klubunun sükanı arxasına keçərkən də yayılmışdı. O, hətta Bakıda da olmuşdu. Lakin tərəflər bu barədə xəbərləri təkzib etmişdilər.
