31 dekabr 2013 11:40

"Bu baxımdan heç kimdən geri qalmamağa çalışıram"

“Neftçi”nin əvəzedici komandasının yarımmüdafiəçisi Orxan Qurbanlı klubun rəsmi saytına müsahibə verib. Azerisport.az sizi həmin müsahibə ilə tanış edir.
 
- Bildiyimizə görə, futbol məşğul olduğun yeganə sahə deyil. Yüksək bal toplayaraq ali məktəbə də daxil olmusan...
- Hazırda futbolla bərabər təhsilimi də davam etdirməyə çalışıram. 9 il litseydə oxuyandan sonra universitet imtahanlarında 571 bal toplayaraq Azərbaycan Dövlət İqtidsad Universitetinin Mühasibat uçotu və audit fakültəsinə daxil oldum. İkinci kurs tələbəsiyəm.
 
- Təhsil və futbol: bunlar bir-birinə mane olmur ki?
- Mənim üçün hərəsinin öz yeri var. Təhsilin idmana yalnız xeyri dəyə bilər. Peşəkar futbolçu olmağı qarşıma məqsəd qoymuşam. Həvəslə məşq etməyimə səbəb “Neftçi”də gənc futbolçulara daha çox şans verilməsi və onların mütəmadi olaraq əsas komandaya cəlb olunmasıdı. Universitetdə müəllimlərim də “Neftçi”də oynadığımı bilir və vacib yarışlarda müəyyən güzəştlər edirlər. Amma digər tələbə yoldaşlarım kimi mən də bütün dərslərdə iştirak edirəm və bu baxımdan heç kimdən geri qalmamağa çalışıram.
 
- Artıq əsas komandaya da dəvət olmusan...
- Mən “Neftçi”yə 2005-ci ildə gəlmişəm. Hələ o vaxtdan yalnız bir məqsədim var idi: əsas komandaya düşmək. İndi bu istəyimi gerçəkləşdirməyə yaxınam. Düşünürəm ki, əsas komandada möhkəmlənib, “Neftçi”nin aparıcı üzvlərindən birinə çevriləcəyəm. Düzdü, əvvəllər valideynlərim deyirdilər ki, daha çox dərslərimə fikir verim. Amma mən onların istəyini reallaşdırmaqla yanaşı, öz arzularımı da gerçəkləşdirməkdəyəm.
 
- Səncə, təhsilli idmançı daha hansı üstün keyfiyyətlərə malikdi?
- Həm təhsil, həm də dünya görüşü hər bir sahədə olduğu kimi, futbolda da insanın köməyinə çatır. Belə olduqda futbolçu qarşısına daha böyük məqsədlər qoyur, komanda yoldaşları ilə davranışında və meydanda nizam-intizamı ilə seçilir. Mən futbolu seçsəm də, təhsilimi də mümkün olduğu qədər davam etdirəcəyəm.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.