31 dekabr 2013 17:31

Mahmud Qurbanov: Millinin Reynaldoya ehtiyacı yoxdu

2014-cü ildən futbol üzrə milli komandanın məşqçisi kimi çalışacaq Mahmud Qurbanov azerisport.az saytına müsahibəsində ilin yekunlarından, 2013-cü ilin ən yaxşı məşqçi və futbolçusundan danışıb.
 
- Milli komandamız üçün son seçmə mərhələni necə qiymətləndirirsiz?
- Nəticə baxımından 9 xal pis deyil. Üstəlik, son oyunlarda yaxşı təsir bağışladılar. Şimali İrlandiya və Rusiya kimi komandalarla normal mübarizə apardılar. Ümumilikdə, seçmə mərhələni müsbət qiymətləndirərdim. Yaxşı oyunlarla yadda qaldı. Həm də indiyə qədər ən çox toplayan mövsüm kimi yadda qaldı.
 
- Yığmada işləyəcəyiniz halda əsas işiniz nədən ibarət olacaq?
- Münasibətlərimiz hələlik rəsmiləşməyib. Digər tərəfdən baş məşqçi Berti Foqtsla söhbət etməmişik. Baş məşqçi kimi nə tələb etsə, onu edəcəyik. Əgər oyunların analizi lazım olacaqsa, baxıb ona məruzə edəcəyik. Yox, gənc futbolçularla bağlı məlumat lazım olacaqsa, o sahədə işləyəcəyik. Məşqçilər korpusu ümumilikdə komandanın inkişafı naminə işləyir.
 
- Yeni seçmə mərhələdə Azərbaycan millisindən nə gözləmək olar?
- Öncə püşkatmanı gözləməliyik. Çox şey rəqiblərdən asılıdı. Hamımız bilirik ki, qrupdakı rəqiblərin hansı səviyyədə olması çox şeyi həll edir. Futbolçularımızın həmin dönəmdə hansı formada olması da nəticəyə təsir edən amildi. İndidən proqnoz vermək çətindi.
 
- Berti Foqts həmişə söyləyirdi ki, milli AÇ-2016-ya vəsiqə qazanacaq...
- Millinin qarşısına qoyulan hədəflər artmalıdı. Əgər son seçmə mərhələdə 9 xal qazanmışıqsa, indi daha artığını istəməliyik. Fikrimcə, yığmamız yeni ildə daha yaxşı oynamaq imkanına malikdi. Həm də hər seçmə mərhələnin öz problemləri olur. Rəqiblər məlum olmadan nəsə söyləmək çətindi.
 
- Sizcə, Reynaldo yığmaya lazımdı?
- Reynaldo yaxşı futbolçudu, amma Azərbaycan çempionatı səviyyəsində. "Qarabağ"a çox kömək edir. Lakin bu o demək deyil ki, millidə də uğurlu çıxış edəcək. Son sözü millinin baş məşqçisi deyə bilər. Lakin Rauf Əliyev və Vaqif Cavadov olduğu halda ona ehtiyac görmürəm. Klubda yaxşı oynayan futbolçunun millidə özünü necə göstərəcəyini heç kim əvvəlcədən söyləyə bilməz.
 
- Son iclasda AFFA rəhbərliyi yığmamızı AÇ-2020-də görmək istədiyini bildirdi. Sizcə, bu real görünür?
- 2020-ci ildə qədər çox vaxt var. Yığmanın heyəti o vaxta bir qədər dəyişəcək. Şərait olduğu halda çalışmaq lazımdı. Hədəfimiz yüksək olmalıdı. Yığma üçün ən yüksək şərait yaradılıb. Belədə nəticə də tələb olunmalıdı. Amma indidən nə olacağını söyləmək çətindi.
 
- Sizə görə, 2013-cü ilin ən yaxşı futbolçusu və məşqçisi kimdi?
- Ən yaxşı futbolçu Kamran Ağayevi sayıram. Məşqçi kimi Qurban Qurbanovun adını söyləmək olar. Onun rəhbərlik etdiyi "Qarabağ" Avropa Liqasında pley-offa qədər irəlilədi. Hazırda da komandası turnir cədvəlində liderdi.
 
- Digər idman növlərini izləyirsiz?
- O qədər də yox. Amma Elxan Məmmədovun cüdo üzrə ilk dünya çempionu olduğunu bilirəm. Bir də Şəhriyar Məmmədyarov üçün il uğurlu oldu. O biri növləri o qədər izləməmişəm.
 
- Gənclər və İdman Nazirliyi hər il ən yaxşı 10 idmançının adını çəkir. Bu ildə onların arasında futbolçu yox idi...
- Fikrimcə, onluqda bir futbolçu olmalıdı. Axı futbol da idman növlərindən biri, bəlkə də birincisidi. Əgər siyahı ümumilikdə idmana aiddisə, onda futbol yaddan çıxmamalıdı. Yığmadakı və klubdakı çıxışına görə futbolçulardan birinin adı siyahıya daxil edilməlidi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.