30 dekabr 2013 12:40
Rəvan üçün Rixos Lares
"Rəvan”ın qış fasiləsi üçün hazırlıq planı çərçivəsində yanvarın 5-də toplaşacağını xəbər vermişdik. Onu da qeyd etmişdik ki, hazırlığın ilk mərhələsində - 5-12 yanvar aralığında komanda Mərdəkandakı "Dalğa Arena”da hazırlıqlaşacaq.
Yanvarın 14-dən 26-na qədər isə hazırlıqlar Türkiyənin Antalya şəhərində davam etdiriləcək. Azerisport.az xəbər verir ki, artıq komandanın qardaş ölkədə məskunlaşacağı məkan da müəyyənləşib. Belə ki, "Rəvan” Antalyada 5 ulduzlu "Rixos Lares Hotel”də qalacaq. Antalyanın cənub-şərqindəki, Aralıq dənizinin sahilində yerləşən Lara bölgəsindəki mehmanxananın əsas üstünlüklərindən biri bilavasitə otelin yaxınlığında bir neçə futbol meydançasının olmasıdır. Komanda orada 4 yoxlama görüşü keçirməyi planlaşdırılır. Amma hələ ki rəqiblər dəqiqləşməyib.
