30 dekabr 2013 00:15
Simurq kapitanı ilə müqavilənin müddətini artırdı
"Simurq" İlkin Qırtımovla müqaviləsinin müddətini artırıb. Azerisport.az xəbər verir ki Zaqatala futbol məktəbinin yetirməsi daha iki il bu komandanın uğurları üçün çalışacaq.
Vitse-kapitan yeni müqaviləyə qol çəkdikdən sonra fikirlərini klubun rəsmi saytına bildirib: "Yenidən doğma komandamda qaldığım üçün çox sevinirəm. Bir neçə təklif var idi. Ancaq mənə futbolun sirrlərini öyrədən komandanı seçdim. Klub prezidenti və məşqçilərim də çox sağ olsunlar ki, məni komandada saxlamağa çalışdılar və yeni müqavilə təklif etdilər. Allahın köməyi ilə "Simurq"la daha böyük uğurlar qazanmaq istəyirəm".
