30 dekabr 2013 11:57
Branimir Subaşiç: Azərbaycan üçün çox darıxmışam
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Orduspor" klubunun hücumçusu Branimir Subaşiçin azerisport.az saytına müsahibəsi
- "Şanlıurfaspor"la oyunda inamlı qələbə qazandınız...
- Şadam ki, 3 xal qazana bildik. Bizim üçün ili qələbə ilə başa vurmaq vacib idi. Həmçinin bu oyunda qol vurmağım, komandaya kömək etməyim də çox xoş oldu.
- Yeri gəlmişkən, öz qolunuz haqda nə deyə bilərsiz?
- Gözəl qol alındı. Mənə yaxşı ötürmə etdilər. Mənə sadəcə topu başla qapıya yollamaq qalırdı.
- Gözəl qol alındı. Mənə yaxşı ötürmə etdilər. Mənə sadəcə topu başla qapıya yollamaq qalırdı.
- "Orduspor" uzun müddət liderlər qrupunda olsa da, indi 3-cü yerdə gedir...
- Bizim ən vacib oyunçularımızdan biri - Anıl Taşdemir uzun müddət zədəli idi. Artıq o, qayıdıb. Çempionat çox gərgin keçir. Hər oyundan 3 xalla ayrılmaq çox çətindi. Biz məğlub etməli olduğumuz rəqiblərlə oyunlarda çoxlu xal itirmişik.
- 3-cü pillə komandanı qane edir?
- Bəli. Biz liderlər qrupundan çox geri qalmırıq. İkinci dövrə gərgin keçəcək. Super Liqaya çıxmaq üçün çox yaxşı şansımız var.
- Bəli. Biz liderlər qrupundan çox geri qalmırıq. İkinci dövrə gərgin keçəcək. Super Liqaya çıxmaq üçün çox yaxşı şansımız var.
- Yarım mövsüm ərzində cəmi 3 qol vura bilmisiz. Bunun az olduğunu düşünmürsüz?
- Razıyam. Təbii ki, daha çox qol vurmalıydım. Amma burada buna nail olmaq çox çətindi. Ümid edirəm ki, mövsümün ikinci dövrəsində "açılacam".
- Berti Foqtsun sizi yenidən yığmaya qaytarması mümkündü?
- Bilmirəm. Mən hazıram. Son altı ayda çox zədəli olmuşam. "Qarabağ"da da az oynayırdım. Lüksemburqla görüşdə də meydandan qovulmuşdum. Azərbaycan mənə çox şey verib, bu ölkəni sevirəm. Mən ən yaxşı illərimi burada keçirmişəm. Türkiyədə oynasam da, Azərbaycan üçün çox darıxıram.

- Mövsümün sonunadək Türkiyədə qalmaq istəyirsiz, yoxsa Azərbaycan çempionatına qayıda bilərsiz?
- Fikrimcə, qalacam. Mənim klubumla iki illik müqaviləm var. Hələ ki, burada məni hər şey qane edir. Qollarımın da sayı artsa, hər şey yaxşı olar.
- Fikrimcə, qalacam. Mənim klubumla iki illik müqaviləm var. Hələ ki, burada məni hər şey qane edir. Qollarımın da sayı artsa, hər şey yaxşı olar.