30 dekabr 2013 14:20
Tahir Süleymanov: İki ölkənin nəhəng klubunun qarşılaşması maraqlı olacaq
"Neftçi"nin vitse-prezidenti Tahir Süleymanov Türkiyənin "Fənərbaxça" klubu ilə yoxlama oyunu keçirəcəklərinə dair xəbərləri təsdiqləyib. Azerisport.az saytına müsahibəsində o, bunları söyləyib:
"Təşkilatçılardan bizə yoxlama oyunu keçirmək üçün top-klublardan birinin rəqib qismində tapılmasını xahiş etmişdik. "Fənərbaxça"nı təklif edən kimi, dərhal sevinclə razılaşdıq. Müzakirələrdən sonra bu oyunun yanvarın 17-də keçirilməsinə qərar verdik. Fikrimcə, Türkiyə və Azərbaycanın iki nəhəng klubunun qarşılaşması maraqlı olacaq. Görüş Antalyada baş tutacaq. Biz Antalyaya 30 futbolçu ilə yollanırıq. Onların hamısına yoxlama oyunlarında şans veriləcək. "Neftçi"nin son oyunu isə yanvarın 26-da keçiriləcək. Hələ ki, rəqib axtarışlarımız davam edir".