30 dekabr 2013 00:54
Cihan Özkaranın komandası ilk dövrəni 5-ci pillədə bitirdi
"Futbol üzrə Türkiyə Super Liqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Cihan Özkaranın çıxış etdiyi "Sivasspor" da növbəti matçına çıxıb.
Futbolçumuzun komandası doğma meydanda "Karabükspor"la qarşılaşıb. Sivas təmsilçisi bu görüşdən qalib ayrılıb.
Baş məşqçi Roberto Karlos Cihana bu oyunda şans verməyib. Futbolçumuz matçı ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, 17 turdan sonra 29 xalı olan "Sivasspor" turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.
