30 dekabr 2013 00:30
Branimir Subaşiç: Gözəl qol alındı
Futbol üzrə Azərbaycan yığmasının və Türkiyənin "Orduspor" klubunun hücumçusu Branimir Subaşiç PTT 1-ci Liqanın 19-cu turunda "Şanlıurfaspor" üzərində qazandıqları qələbədən danışıb. Azerisport.az saytına müsahibəsində o, 2:0 hesabıyla qələbə qazandıqları görüşlə bağlı bunları dilə gətirib:
"Yaxşı və gərgin oyun olundu. Bizə üç xal lazım idi. Fasilə ərəfəsində üçüncü pillədəki mövqeyimizi mövkəmləndirmək istəyirdik. Komandamız yaxşı oyun sərgilədi. Qələbəyə layiq idik. Öz qoluma gəlincə, mənə yaxşı ötürmə etdilər. Mənə sadəcə topu qapıya göndərmək qalırdı. Gözəl qol alındı".