29 dekabr 2013 00:17
Abdullayev 5 futbolçusundan imtina etdi
Futbol üzrə Azərbaycan çempionatının 1-ci divizionunda lider olan "Araz Naxçıvan" beş futbolçu ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, komandanın baş məşqçisi Rəşad Hacızadə, Elnur Soltanlı, Ozal Abıyev, Nicat Əliyev və Elvin Cəbrayıllının xidmətindən imtina edib.
Naxçıvan təmsilçisinin qış fasiləsində heyətini başqa futbolçularla gücləndirməsi də istisna deyil.
