29 dekabr 2013 11:55
U-17 Mirbağır İsayevə həvalə edildi
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasına yeni baş məşqçi təyin olunub. Azerisport.az xəbər verir ki, bu barədə AFFA rəsmi məlumat yayıb.
Məlumatda bildirilir ki, U-17-nin baş məşqçi vəzifəsi Mirbağır İsayevə həvalə edilib.
Xatırladaq ki, İsayev vaxtilə "Abşeron" və "Kəpəz" klublarında baş məşqçi işləyib.
