29 dekabr 2013 11:47

Səfər komandası - İnter!

Məlum olduğu kimi, dekabrın 20-də Azərbaycan Premyer Liqasının birinci hissəsi başa çatdı. Azerisport.az xəbər verir ki, komandalar artıq ekvatoru keçib.
 
Bu isə o deməkdi ki, ilkin yekunlar barədə danışmağın vaxtı gəlib çatıb. Bu materialda “İnter”in ilk 18 matçdakı statistik göstəriciləri haqqında məlumatlarla tanış ola bilərsiz. İlk mərhələdən başlayaq.
 
4-cü yer və 27 xal
 
Mövsümün ilk hissəsində “İnter”ə 27 xal əldə etmək mümkün oldu və bununla komanda turnir cədvəlində 4-cü yeri tutur. Orta hesabla “İnter” hər oyuna 1,5 xal toplayıb. Əgər uğursuz ilk dövrədə komandaya 10 xal toplamaq müyəssər oldusa, ikinci dövrədə Kaxaber Sxadadzenin yetirmələri 7 xal çox topladılar ki, bu da ikinci dövrənin 3-cü nəticəsi oldu (“Qəbələ” və “Qarabağ”dan sonra).
 
Səfər komandası
 
"İnter" 27 xaldan 12-sini ev oyunlarında toplayıb. Bu, komandanın topladığı xalların 44 faizinə və ev oyunlarında mümkün xalların 40 faizinə bərabərdi. Orta hesabla “İnter” hər ev oyununda 1,2 xal toplayıb. 4 məğlubiyyətdən və 1 heç-heçədən sonra ilk ev qələbəsini “İnter” yalnız 12-ci turda “Rəvan”a qarşı keçirdiyi matçda əldə edib. Lakin bundan sonra komanda doğma divarlar arasında məğlub olmayıb və onun evdə məğlubiyyətsizlik seriyası artıq 5 oyun təşkil edir (3 qələbə və 2 heç-heçə).
 
Səfərdə komandanın işləri daha yaxşı gedib ki, bu da “İnter”i “səfər komandası” adlandırmağa imkan verir. Belə ki, Sxadadzenin yetirmələri 8 səfər qarşılaşmasında 15 xal toplayıblar (5 qələbə və 3 məğlubiyyət). Bu, komandanın səfər görüşlərində topladığı xalların 56 faizinə və səfər oyunlarında mümkün xalların 63 faizinə bərabərdi. Orta hesabla “İnter” keçirdiyi hər səfər oyununda 1,87 xal toplayıb.
 
27 qol, 9-u Vaqif Cavadov adlı
 
İlk 18 oyunda “İnter” 27 dəfə rəqib qapısına yol tapıb. Orta hesabla hər oyuna 1,5 qol düşür. Orta hesabla komanda hər 60 dəqiqədən sonra bir dəfə fərqlənib. Paradoksal haldı, amma pis nəticələrlə yadda qalan ilk dövrədə “İnter” 17 dəfə fərqlənib, bu isə daha uğurlu olan ikinci dövrəylə müqayisədə 6 qol çoxdu. Komanda 15 görüşdə qol vurub və yalnız 3 qarşılaşmada rəqib qapısına yol tapa bilməyib. “İnter”in qol seriyası ilk 9 tur təşkil edir və bu seriya 10-cu tur çərçivəsində “Qəbələ”yə (0:1) qarşı keçirdiyi ev oyununda qırılıb. Ev oyunlarında “İnter” 13 qolla yadda qalıb, 14 qol isə səfər matçlarında vurub. “İnter” ən çox qolu “Rəvan”nın qapısından keçirib - 8. 4 qol “Neftçi” və “Sumqayıt”ın qapısından keçirib. Ən az, yəni 1 qol isə “Qarabağ”, “Simurq”və “Xəzər-Lənkəran” komandalarının qapılarına vurulub.
 
“İnter”in, ümumiyyətlə, çempionatın ilk hissəsinin ən yaxşı bombardiri Vaqif Cavadov oldu. Hücumçu 18 matçın 9-unda fərqlənib. Mövsümün ilk hissəsində o, hər 175 oyun dəqiqəsindən bir qol vurub. Vaqif Cavadov “İnter”in qollarının 33 faizini öz hesabına yazıb.
 
21 buraxılmış qol
 
“İnter” mövsümün ilk hissəsində 21 qol buraxıb. Orta hesabla hər oyuna 1,16 qol düşür. Komanda hər 77 dəqiqədən bir qol buraxıb. Əgər ilk dövrədə Sxadadzenin yetirmələri 15 qol buraxıblarsa, ikinci hissədə müdafiə nəhayət özlərinə gəlib və “İnter” qapısında cəmi 6 qol görüb. Ev oyunlarında “İnter” 12 top buraxıb, səfər oyunlarındasa qapısında 3 qol az görüb. Komandanın qapısından ən çox qolu “Qəbələ”, “Qarabağ” və “Neftçi” keçirib - 4. “İnter”in qapısına yol tapa bilməyən yeganə komandasa “Xəzər Lənkəran” olub. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.