29 dekabr 2013 11:35

Yunis Hüseynov: Yaxşı heyət olandan sonra istənilən məşqçi XL ilə uğur qazana bilər

"Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Yunis Hüseynovun azerisport.az saytına müsahibəsi
 
- 2013-cü il nə ilə yadınızda qaldı?
- Daha çox bu ili işsiz keçirməyimlə yadda qaldı. Xüsusi heç nə yoxdu. Gözlənilməz nəsə olmadı. Sıradan bir ili arxada qoyuruq. Ümid edirəm ki, 2014-cü il mənim üçün daha yaddaqalan olacaq.
 
- Bu il sizin üçün ən üzücü hadisə hansı oldu?
- Heç nə. Xüsusi məyusluğum olmayıb.
 
- Bəs "Neftçi"nin Çempionlar Liqasını erkən tərk etməyi?
- Mən bunu bizim üçün faciə hesab etmirəm. Çünki o qədər güclü deyilik ki, bunu resvayçı nəticə sayaq. Biz indiyə qədər bir dəfə Avropa Liqasının qrup mərhələsinə çıxmaqdan başqa nəyə nail olmuşuq ki?
 
- Yığma barədə nə deyə bilərsiz?
- Seçmə mərhələdə komandamız ən yaxşı nəticəsinə imza atdı. 9 xal heç vaxt əldə etmədiyimiz göstərici idi. Amma bu, o demək deyil ki, bizdə artıq hər şey yaxşıdı.
 
- Yığmamızdan növbəti tsikldə AÇ-nin final mərhələsinə vəsiqə qazanmaq gözləniləcək...
- Gözləmək ayrı şeydi. Bəs komandamız buna nail ola bilərmi? Gəlin real baxaq. Özümüzü aldatmayaq. Bütün bunlar hamısı populizmdən başqa bir şey deyil.
 
- Sizcə, Premyer Liqada cari mövsüm necə başa çatacaq?
- İndidən bunu demək çox çətindi. Qış fasiləsində komandaların gücündəki balans dəyişə bilər. Bütün komandalar heyətlərini gücləndirməyə çalışacaq. Əlbəttə, liderlər qrupundakı üç komanda daha iddialı görünür. Amma digər komandaların da sürpriz etməsi istisna deyil.
 
- Deməli, kimsə medallar uğrunda mübarizəyə müdaxilə edə bilər?
- Bəli. "İnter"lə "Bakı" da bu mübarizəyə qoşula bilər.
 
- Bəs "Xəzər Lənkəran"? Sizcə, Mustafa Dənizli bu komandanı uğura daşıya biləcək?
- Zaman göstərəcək. Əgər komandaya 5-6 yaxşı futbolçu dəvət olunsa, klubun büdcəsi imkan verir ki, daha yaxşı nəticə əldə olunsun. Heç burda Dənizli amili çox da böyük rol oynamaya da bilər. Yaxşı futbolçular olandan sonra istənilən məşqçi uğur qazana bilər.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.