29 dekabr 2013 18:02
Branimir Subaşiç qol vurdu, komandası qələbə qazandı
Futbol üzrə Türkiyə PTT Birinci Liqasında 19-cu turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Branimir Subaşiçin çıxış etdiyi “Orduspor” klubu da növbəti matçına çıxıb.
Ordu təmsilçisi doğma meydanda “Şanlıurfaspor"la münasibətlərinə aydınlıq gətirib. Qarşılaşma futbolçumuzun komandasının qələbəsi ilə başa çatıb.
Subaşiçin bu oyunda meydana çıxıb-çıxmayacağı maraqla gözlənilirdi. O, bu dəfə də start heyətdə meydana çıxıb və 90 dəqiqə oynayıb. Elə komandasının ikinci qolunu da Branimir vurub.
Qeyd edək ki, “Orduspor” geridə qalan turlarda 33 xal toplayıb və 3-cü pillədə qərarlaşıb.
Türkiyə PTT Birinci Liqası
19-cu tur
29 dekabr
Orduspor - Şanlıurfaspor - 2:0
