29 dekabr 2013 15:50

Anar Bəkirov: Azərbaycan çempionatı Gürcüstandan çox irəlidədi

"Simurq" klubunun prezidenti Anar Bəkirov azarisport.az saytına müsahibəsində milli çempionatın ilk mərhələsindən, komandanın heyətindən və cari mövsüm üçün hədəflərdən danışıb.
 
- Cari mövsüm sizin üçün sabit olmadı...
- Komandamızın oyununu nə pis adlandırmaq olar, nə yaxşı. Əksər futbolçular komandada ilk aylarını keçirdi. Onlara müəyyən vaxt lazım idi. Son matçlarda yaxşı oynadılar. Amma startda itkilərimiz çox oldu. Bunu komandanın ev oyunlarını əvvəlcə Zaqatalada deyil, Bakıda keçirməsiylə əlaqələndirərdim.
 
- Yəni Bakıda oynamaq çətindi?
- İlk üç ayda oyunlarımızı Bakıda keçirdik. Ancaq Zaqataya qayıdandan sonra özümüzə gəldik. 18 oyuna 25 xal toplamağımız normaldı. Bakı bizim üçün Zaqatala deyil. Orada gözəl stadionumuz, bazamız var. Mehmanxana bazanın düz yanındadı. Futbolçular bəzən 2 saata yaxın məşq edirdilər. Zaqatalada özümüzü evdə hiss edirik. Hər halda komandanı doğma azarkeşlər dəstəkləyir. Ora qayıdandan sonra oyunumuzu tapdıq.
 
- Ümumilikdə bu nəticəni komanda üçün maksimum adlandırmaq olar?
- Normal nəticədi. Bizdəki büdcəylə qənaətbəxş saymaq olar. Bildiyiniz kimi, cari mövsüm biz infrastrukturun yaxşılaşdırılmasına çalışırıq. Meydançanın örtüyü dəyişdirildi. Yeni əlavə meydança salmağı düşünürük. Bu, yəqin ki, apreldə olacaq. Soyunub-geyinmə otaqları təmir olundu. Bu işlərlə əlaqədar komandanın transferlərinə xərclənən vəsait həmişəki qədər olmadı.
 
- Heyətdə dəyişiklik gözlənilir?
- Yalnız Nenad Kisoyla müqaviləmizin müddəti başa çatıb. Onun qalması sual altındadı. Məşqçi hər zaman olduğu kimi, bəlkə də onu heyətdə saxlamaq istəyəcək. Amma rəhbərlik olaraq daha güclü futbolçu gətirmək istərdik. Planda 2 futbolçunun transferi var. Biri əcnəbi, digəri yerli futbolçudu. Hazırda danışıqlar gedir. Transfer dəqiqləşəndən sonra adlar açıqlanacaq.
 
- Mövsümün sonunda komandada hansı nəticə tələb olunacaq?
- Çempionatda şanslarımız az da olsa, var. Biz liderlərə yaxınlaşmağa çalışacağıq. Komandamız 4-cü yer uğrunda oynayacaq. Azərbaycan Kubokunda məğlub olduğumuzdan bütün diqqətimiz çempionata yönəlib. Əsas yeni mövsümün güclü komandasını formalaşdırmaqdı. Gələn il komandanın yenidən yüksək yerlərə iddialı olmasını istəyirik. Heyətdə dəyişikliklər də mümkündü. Cari mövsüm üçün maksimum hədəf liderlərə yaxınlaşmaqdı.
 
- Sizcə, bu realdı?
- Çempionatın yeni reqlamentində həm müsbət, həm mənfi cəhətlər var. Mənfi odu ki, artıq liderlər müəyyənləşib. İlk üç komanda digərlərindən uzaqlaşıb. Etiraf edək ki, onlara yaxınlaşmaq çox çətindi. Hətta dördüncü yerdə olan komanda belə onlara yaxınlaşmaqda çətinlik çəkir. Bununla belə hər tur 3-4 maraqlı oyunlarımız olur. Hətta autsayder olan komanda belə sona qədər mübarizə aparır. Fikrimcə, Azərbaycan çempionatının səviyyəsi artıb. Bu gün milli çempionatımız inkişafdadı. Gürcüstanla bizi tez-tez müqayisə edirdilər. Amma biz onlardan irəlidəyik.
 
- Gürcüstan çempionatında azarkeşlər çox olur...
- Yaxınlarda Gürcüstan Superkubokunu izlədim. Orada olan mütəxəssislər də söyləyirdi ki, Azərbaycan çempionatı inkişafdadı. İnanın, biz onları həm səviyyə, həm də yaxşı futbolçular cəhətdən qabaqlayırıq. Azarkeşlərə gəlincə, bölgələrdə anşlaq olur. Paytaxtda bir qədər azarkeşlər az olur. Gələcəkdə bu da düzələcək.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.