29 dekabr 2013 14:30
Neftçi üçün daha 4 potensial rəqib
Azərbaycan çempionu "Neftçi"nin Türkiyə toplanışı zamanı qarşılaşacağı daha bir potensil rəqibinin kimliyinə aydınlıq gəlib. Azerisport.az xəbər verir ki, paytaxt təmsilçisi Avstriyanın "Admira Vakker" klubu ilə qarşılaşa bilər.
Azərbaycan klubu həmçinin Odessa "Çernomorets"i, Almaniya "Karlsrue"si və Türkiyə "Karabükspor"u ilə də danışıqlar aparır.
Qeyd edək ki, "Neftçi"nin artıq yanvarın 15-də Albaniya "Partizan"ı və ayın 19-da Qazaxıstan "Aktobe"si ilə qarşılaşacağı dəqiqdi. Nazim Süleymanovun yetirmələri Türkiyədə bütövlükdə 4 yoxlama oyunu keçirməyi planlaşdırır.