29 dekabr 2013 14:10
Neftçi Qazaxıstan çempionu ilə üz-üzə gələcək
"Neftçi"nin qış təlim-məşq toplanışı vaxtı qarşılaşacağı daha bir rəqib müəyyənləşib. Azerisport.az xəbər verir ki, paytaxt klubu Qazaxıstanın "Aktobe" komandası ilə qarşılaşacaq.
Bu oyun yanvarın 19-da baş tutacaq. Son Qazaxıstan çempionu ilə görüş Türkiyənin Antalya şəhərindəki toplanış çərçivəsində keçiriləcək.
Qeyd edək ki, Nazim Süleymanovun yetirmələri yanvarın 15-də Albaniyanın "Partizan" klubu ilə də üz-üzə gələcək.
