29 dekabr 2013 13:41
AZAL Türkiyəyə getməkdən imtina edib, rəqiblərini açıqladı
AZAL qış fasiləsində Türkiyəyə təlim-məşq toplanışına yollanmaqdan imtina edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər" fasilədə Bakıda hazırlıq keçməyə qərar verib.
Paytaxt klubu yanvarın 6-da Şüvəlanda bir araya gələcək. Vaqif Sadıqovun yetirmələri çempionatın ikinci yarısının startına kimi doğma arenada hazırlıq keçəcək.
Artıq "təyyarəçilər"in hazırlıq prosesi zamanı qarşılaşacağı rəqiblər də məlumdu. Belə ki, AZAL "Sumqayıt", "Araz Naxçıvan", "Şahdağ" və "Neftçala" ilə yoxlama oyunları keçirməyi planlaşdırır.
