29 dekabr 2013 01:37
Nduka 90 dəqiqə oynadı, TL darmadağın gördü
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı qapıçı Andrey Popoviçlə millimizin sabiq müdafiəçisi Usim Ndukanın komandası "Tavşanlı Linyitspor" qış fasiləsi ərəfəsindəki son matçında "1461 Trabzon"la qarşılaşıb.
Rəqib meydanda keçirilən görüş meydan sahiblərinin qələbəsi ilə başa çatıb. Usimlə Popoviçin komandası 3 cavabsız qolla uduzub.
Nduka start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb. Popoviç isə bu görüşdə də iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, "Tavşanlı Linyitspor" qış fasiləsinə 12 xalla 18-ci pillədə yollanıb.
