29 dekabr 2013 01:34
Saşa Yunisoğlu qış fasiləsi ərəfəsindəki son matçı kənardan izlədi
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 18-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Saşa Yunisoğlunun komandası "Dənizlispor" qış fasiləsi ərəfəsindəki son matçında "Boluspor"la qarşılaşıb.
Doğma meydanda keçirilən görüş qonaqların qələbəsi ilə başa çatıb. Dənizli klubu 2 cavabsız qolla uduzub.
Saşa bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Dənizlispor" qış fasiləsinə 18 xalla 15-ci pillədə yollanıb.
