29 dekabr 2013 01:14

Mustafa Dənizli: Transferini istədiyim futbolçuların siyahısını rəhbərliyə təqdim etmişəm

"Xəzər Lənkəran"ın baş məşqçisi Mustafa Dənizli azerisport.az saytına müsahibəsində aparılan danışıqlardan, komandanın vəziyyətindən danışıb.
 
- Türkiyə mətbuatında sizin türk futbolçularla danışıqlar aparmağınız barədə məlumat yayılıb. Yeni ildən Lənkəranda türk futbolçu görmək mümkün olacaq?
- Hazırda komandanın güclənməsi istiqamətində bir sıra işlər görülür. Maraq dairəmizdə olan futbolçularla danışıqlar aparılır. Lakin heç bir transfer dəqiqləşməyib. Heyətə bir neçə legioner oyunçunun dəvət olunacağı gözlənilir. Dəqiq informasiya olanda sizlərə məlumat veriləcək. İndiki halda hər şey yalnız müzakirə olunur.
 
- Daha çox legionerlərlə maraqlanırsınız?
- Bunu sizə kim dedi? Mən həm yerli, həm də əcnəbi futbolçularla maraqlanıram. Yerli oyunçularla da güclənəcəyik. Komandamızda azərbaycanlı futbolçuların sayı azdı. Bu məni narahat edir. Ona görə yerli futbolçuların transferinə diqqət edirəm. Yeni ildən komandamızda yeni adlar görəcəksiz.
 
- Ulduz futbolçuların Lənkərana gəlişi gözlənilir?
- Mənə "Xəzər Lənkəran"ın heyətini gücləndirəcək futbolçu lazımdı. İndiki halda ulduz isimlər barədə düşünmürəm. Transfer etmək istədiyim futbolçuların siyahısını rəhbərliyə təqdim etmişəm. Ona görə bir qədər səbrli olun, hər şeyi öyrənəcəksiz.
 
- Deyilənə görə, İbrahim Üzülməz sizinlə birgə çalışacaq...
- 2 gün sonra bütün məsələlər məlum olacaq. Bayrama qədər həm məşqçilər korpusu, həm futbolçularla bağlı məsələni dəqiqləşdirməyə çalışırıq. Rəsmiləşməyən iş barədə danışmağı sevmirəm. Transfer dönəmində komandayla bağlı bir sıra informasiyalar yayıla bilər. Amma onların hamısının doğru və ya yalan olduğu rəsmi məlumatdan sonra aydınlaşır.
 
- Yeni mövsüm komandanı bu vəziyyətdən çıxaracağınıza inanırsınızmı?
- İnanmasaydım, bu işə razılaşmazdım. Bizə bir qədər vaxt lazımdı. Səbrli olmağınız vacibdi. Biz hələ heç hazırlığa başlamamışıq.
 
- Təlim-məşq toplanışında neçə oyun keçirəcəksiz?
- Hazırlıq zamanı futbolçuları tanıya biləcəm. Biz lazımi mövqeləri gücləndirəcəyik. 4-5 yoxlama görüşü keçirməyimiz gözlənilir. Əsas komandada rəqabətin yaranmasıdı. Futbolçuların daha yaxşı oynaması üçün çalışmalıyıq.
 
- Bir neçə oyuna əsasən Azərbaycan çempionatı haqda nə söyləyə bilərsiniz?
- Hələ bütün komandalara qarşı oyunda iştirak etməmişəm. Çempionatınız haqda orta səviyyədə məlumatım var. Ona görə "Xəzər Lənkəran"dan istədiyimi bilirəm. Yeni ildən komandanı güclü səviyyəyə qaldırmağa çalışacağıq. Hədəfimiz həm çempionatda, həm kubokda mümkün qədər yaxşı çıxış etməkdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.