29 dekabr 2013 00:57

3-cü Qəbələ Kubokunun keçirilmə vaxtı dəqiqləşdi

Artıq ənənəyə çevrilən Qəbələ Kubokunun keçirilmə vaxtı dəqiqləşib. Azerisport.az xəbər verir ki, 15 yaşa qədər futbolçulardan ibarət komandalar arasında keçiriləcək 3-cü Beynəlxalq Qəbələ Kuboku turniri 29 may – 01 iyun tarixlərində doğma məkanda - Qəbələdə baş tutacaq.
 
Komandalar ölkəmizə mayın 28-i təşrif buyuracaqlar, iyunun 2-i isə Azərbaycanı tərk edəcəklər. Turnirin bu tarixdə keçirilməsinin başlıca səbəblərindən biri may ayının əvvəllərində əksər ölkələrdə çempiontların final mərhələlərinin keçirilməsidir. Komandaların turnirdə iştirakını təmin etmək məqsədilə bu səbəb diqqətə alınıb. Turnirin iyun ayında keçirilməməsinin səbəbləri isə sözügedən ayın 12-də Dünya çempionatının start götürməsi (həmin müddətdə bütün media və azarkeşlərin diqqəti Dünya Çempionatına yönəlir) və iyun ayından etibarən Qəbələdə turizm mövsümünün açılması ilə bağlıdı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.