29 dekabr 2013 00:52

Qəbələ Recep Yazıcı ilə yollarını ayırdı

"Qəbələ" İK Futbol Akademiyasının məşqçisi Recep Yazıcı ilə yollarını ayırıb. Azerisport.az xəbər verir ki, 2009-cu ilin avqust ayından klubumuzda çalışan türkiyəli mütəxəssislə başa çatan müqaviləsin müddəti qarşılıqlı razılıqla uzadılmayıb.
 
4 ildən çox müddətdə akademiyada çalışan Recep Yazıcı saytımıza açıqlamasında aşağıdakıları deyib: 
 
"5 ilə yaxındır çalışdığım klubdan böyük qürurla ayrılıram. Qəbələdə çalışmaq - akademiyanın inkişafında rol oynamaq, Azərbaycan gəncliyinə xidmət etmək karyeramda dərin izlər buraxdı. Amma mən buradan ruhən ayrılmamışam, daim ürəyim yetirmələrimizin yanında olacaq. "Qəbələ" Futbol Akademiyasının bundan sonra da yalnız irəliyə doğru gedəcəyinə və Avropanın seçilən akademiyalarından birinə çevriləcəyinə heç şübhəm yoxdur. Sonda birlikdə çalışdığımız bütün heyət üzvlərinə, sevimli futbolçularıma uğurlar arzulayır, onlara öz təşəkkürümü bildirirəm".
 
Qeyd edək ki, 14 yaş və aşağı yaş qrupları üzrə koordinator vəzifəsində çalışmış R.Yazıcı hazırda ölkəmizin müxtəlif yaş qrupları üzrə milli komandalarında çıxış edən bir çox futbolçunun yetişməsində əvəzsiz rol oynayıb.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.