28 dekabr 2013 00:33
Azərbaycan - Rusiya görüşü reytinqdə ikinci oldu
DÇ-2014-ün təsnifat mərhələsi çərçivəsində Bakıda keçirilmiş Azərbaycan - Rusiya görüşü (1:1), Rusiyada bütün idman yayımları arasında ikinci pilləni tutub. Azerisport.az xəbər verir ki, bu oyun 7,3% (19,6% pay) yığıb.
Həmçinin, oyunun yayımı reytinqə görə bir çox idman yayımlarını geridə qoyub. Rusiya klublarının AL və ÇL-də “Liverpul”, “Portu”, “Mançester Siti” komandalarına qarşı keçirdikləri oyunların yayımı da bura daxildir.
Birinci pilləni isə boksçular Aleksandr Povetkin və Vladimir Kliçko arasında keçirilmiş görüşün yayımı tutub – 8,7% (33%).
