28 dekabr 2013 01:00

Topaz Premyer Liqasının ilk yarısının uğursuz beşliyi

2013-14-cü illər futbol üzrə Topaz Premyer Liqasının ilk yarısı başa çatıb. Azerisport.az mövsümün ilk yarısının daha çox diqqətçəkən beş uğursuz təmsilçisi haqda şərhi təqdim edir.
 
Vüqar Əsgərov. “Sumqayıt”a “Metallurq”dan (Latviya) keçmiş 28 yaşlı hücumçu özünü göstərmək istəyi ilə gəlmişdi.İlk əvvəl işləri pis getməsə də, ardınca qol susqunluğu gəldi. Az sonra haqqında ictimaiyyətə bildirmək istəmədiyi səbəblə Əsgərov “kimyaçılar”ın düşərgəsini tərk etmək istəyini bildirdi. Hazırda karyerasını harada davam etdirəcəyi məlum deyil. Ancaq çox güman ki, Əsgərov mövsümün bu yarısı haqda xatirələri unutmaq fikrindədir.
 
Melvin Platye. “Neftçi”nin hollandiyalı hücumçusunu mövsümün əvvəlində böyük ümidlər bəslənirdi. Platye “neftçilər”in hücum xəttindəki dəliyi doldurmaq üçün nəzərdə tutulmuşdu. O, Nikolas Kanalesi əvəzləməli idi. Ancaq ümidlər doğrulmadı. Yarım il ərzində platye çempion komandanın heyətində bir dəfə qol vurdu. 18 turun 11 oyunu üçün bu, qənaətbəxş nəticə deyil. Ancaq meydanda çox az vaxt keçirməsi də qeyd olunmalıdır.
 
Junior Nildo. Braziliyalı hücumçu “Xəzər Lənləran”la hələ yazın sonunda müqavilə bağlamışdı. O zaman bunun uğursuz addım olacağına şübhə yox idi. Vaxt əksini göstərdi. Start uğurlu alınmasa da, Nildonun komandaya uyğunlaşdığını demək olardı. Qollar gəldi. Ancaq futbolçunun oyunu məyus etdi. Sanki, heç də AZAL-dan tanıdığımız Nildo deyildi. Bu əsnada mərakeşli Zohair Benuaoni də braziliyalıya “yoldaş” etmək olar. Ancaq Benuai kaomandaya Nildodan daha çox xeyir verirdi. Buna rəğmən, çox güman ki, yanvarda hər iki futbolçu cənub şəhərinin tərk edəcək.
 
Yannik Kamanan. “Qəbələ”nin ötən mövsümün ikinci yarısında vuran ayağı, bu mövsümün ilk yarısında heç nə ilə yadda qalamadı. Fransız hücumçudan belə çıxış gözləmirdilər. Qollara fasilə vermiş futbolçunun bir hücumçu kimi özünü sübut etmək imkanları olsa da, Daniel Subotiç formaya düşdükdən sonra, bu şanslar puç oldu.
 
Elxad Nəziri. Gənc azərbaycanlı müdafiəçi Moldova “Milsami”sində özünü yaxşı tanıtdırmışdı. Bu səbəbdən Rumıniya “Petrolula”sının maraq dairəsində idi və ölkə kubounu da qazanmağa imkan tapdı. Ancaq birdən gözlənilmədən “Rəvan”da peyda olan futbolçu, elə bu cür gözlənilməzliklə də “İnter”ə keçdi. Əgər Azərbaycana qayıdış Nəzirinin karyerasında bir addım geriləmə sayılırdısa, hadisələrin sonrakı axarı, iki, üç addım geriyə düşməyə bərabər oldu. Nəziri Azərbaycan yığmasına da dəvət almışdı. Mövsümün əvvəlində “Petrolula”nın əsas heyətinə düşmək üçün mübarizə də aparırdı. Avokuboklarda da meydana çıxıb komandasına yardım edirdi. İki-üç ay sonra isə “İnter”in əvəzediciləri arasına düşən Nəziri, ümumiyyətlə komandanı tərk etmək təhlükəsi ilə üz-üzədir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.