27 dekabr 2013 00:22
Serb yarımmüdafiəçi Simurqu tərk edə bilər
“Simurq” iki yeni futbolçunu transfer etmək niyyətindədir. Azerisport.az xəbər verir ki, futbolçulardan biri yerli, digəri isə əcənəbidir.
Onların adı hələ ki açıqlanmır. Serb yarımmüdafiəçi Nenad Kisonun isə komandanı tərk edəcəyi bildirilir. Məşqçi qərargahı onunla müqaviləni artırmaq haqda hələlik heç bir fikir söyləməyib.
