27 dekabr 2013 11:11
Gennadi Orlov: Əsası odur ki, Azərbaycanla oyunun təkrarı olmasın
Məşhur rusiyalı şərhçi Gennadi Orlov Rusiya yığmasının DÇ şansları haqda danışarkən, DÇ-nin təsnifat mərhələsi çərçivəsində Azərbaycan yığmasına qarşı Bakıda keçirilmiş oyunu xatırlayıb. Azerisport.az xəbər verir ki, Orlov bunları söyləyib:
“Qrupumuz elədir ki oynamaq olar. Əsası odur ki, yaxşı futbol göstərək və bu, Azərbaycanla oyunun təkrarı olmasın. Yığma iradi keyfiyyətlərinin nümayiş etdirməlidir. AÇ və DÇ göstərir ki, komandalar səviyyəcə rəqibdən geri qala bilər, ancaq iradə hesabına qələbəni qopara bilər. Futbolçular özlərini göstərməli, AÇ-208-də Hollandiyya qarşı oynadıqları kimi oynamalıdır. Kapelloya ümid edirik. Ancaq, futbolçular da ona kömək etməlidir”.
