27 dekabr 2013 19:55
Rəşad Sadıqov Türkiyədə uğurla əməliyyat olundu
Futbol üzrə Azərbaycan yığmasının və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov bu gün səhər Türkiyədə cərrahi əməliyyat keçirib. Azerisport.az xəbər verir ki, əməliyyat qasıq nahiyəsində həyata keçirilib.
Həkimlərin sözlərinə görə əməliyyat uğurla başa çatıb və futbolçunun bərpa prosesi ay yarıma qədər davam edəcək.
