27 dekabr 2013 17:33
Arazın rəqibi bir braziliyalısı ilə yollarını ayırdı
Futzal üzrə Dördlər Finalında “Araz”ın rəqibi olacaq Qazaxıstanın “Kayrat” komandası öz liderlərindən biri ilə yollarını ayırmaq qərarına gəlib. Azerisport.az xəbər verir ki, komandanın heyətində Qazaxıstan çempionatını, Kubokunu və UEFA Kubokunu qazanmış braziliyalı legioner Betao, karyerasını Vətənində - “Korintians”ın futzal komandasında davam etdirmək qərarına gəlib.
Qeyd edək ki, Betao “Kayrat”ın heyətində UEFA Kubokunun elit raundunda oynayıb və iki qol vurub.
Xatırladaq ki, futzal üzrə UEFA Kubokunun Dördlər finalı 2014-cü il aprelin 25-27-i aralığında Bakıda keçiriləcək.
