27 dekabr 2013 17:17
UEFA Kubokunun qalibi Ruslan Abışovun baş məşqçisi ola bilər
Məşhur ispan mütəxəssis Viktor Munyos yaxın vaxtlarda “Rubin”in baş məşqçisi ola bilər. Azerisport.az xəbər verir ki, Kazan klubu 56 yaşı mütəxəssisə bir il yarımlıq müqavilə təklif etməyə hazırdır.
Tərəflərin danışıqlar aparması gözlənilir. Razılıq əldə olunacağı halda, Munyos yanvarda ictimaiyyətə rəsmən təqdim ediləcək. Kazan təmsilçilərinin məşqçi axtarışlarına məhz Pireneydə çıxması sirr deyil. “Rubin” rəhbərliyi xarici mütəxəssislə qarşılıqlı təcrübə mübadiləsi aparmaq fikrindədir. İspandilli futbolçuların klubda çoxluğunu nəzərə alsaq, bu addım prioritetdir. Munyos hazırda işsizdir və yüksək əməkhaqqına iddia etməyəcək. İspan məşqçi həmçinin, Rusiyada işləməyə hazırdır.
Munyos “Terek”in baş məşqçi postunda qiyabi olaraq təqdim edilsə də, tərəflər bir ay sonra razılığa gələ bilmədikləri və müqavilə bağlanmaması haqda ictimaiyyətə xəbər vermişdilər.
Munyo bundan sonra İsveçrəyə yollanmış, “Ksamaks”, “Syon” klublarında çalışmışdı. İstefadan sonra isə bir çox mütəxəssislər onun karyerasının sonu gəldiyini təxmin edirdi. Munyos məşqçi karyerasını bərpa edə biləcəyini vurğulamış, ancaq iddiasız klublarla işləməyəcəyini də bildirmişdi.
“Rubin” Avropa Liqasında mübarizəni davam etdirdiyindən, milli çempionatda vəziyyətini tənzimləməyə hazırdır. AL-in pley-off oyunlarında “Betis”lə qarşılaşacağını nəzərə alsaq, “Rubin” və Munyos əməkdaşlığı maraq doğurur. Munyosun Kazan klubunda debütü bu oyunlara da təsadüf edə bilər.
Əlavə edək ki, Munyos karyerasında əsas uğurlara doğma “Saraqosa”da imza atıb. 2003-2004-cü illər mövsümündə kluba İspaniya Kuboku və Superkubokunu qazanmaq müyəssər olub. Futbolçu kimi Munyos “Saraqosa”, “Barselona”, “Sampdoriya” (İtaliya) və “Sent-Mirren” (Şotlandiya) klublarında çıxış edib. Kataloniyalıların heyətində o İspaniya çempionluğunu, kubok və Superkubokunu və UEFA Kubokunu qazanıb. “Sampdoriya” ilə isə Munyos İtaliya Kubokuna və Kuboklar Kubokuna sahib olub.
