27 dekabr 2013 14:55
Azərbaycan yığmasının oyunçusu Hannoverin əsas heyətinə döndü
Futbol üzrə Azərbaycan yığmasını müdafiəçisi Əli Gökdemir “Hannover 96”nın əsas heyətinə dönüb. Azerisport.az xəbər verir ki, Gökdemir komanda ilə birgə Türkiyənin Belek şəhərinə toplanışa yollanacaq.
Toplanışı 2014-cü il yanvarın 5-ə nəzərdə tutulub və yanvarın 19-a qədər davam edəcək.
Xatırladaq ki, Gökdəmir bu yay komandanın əsas heyətinin toplanışlarında iştirak edib. Onun Bundesliqada iştirakı nəzərdə tutulsa da, mövsümün əvvəlində aldığı zədə, komandanın əsas heyətində iştiraka mane olmuş və futbolçu ikinci komandaya qayıtmışdı.
