27 dekabr 2013 13:44
İspaniya KİV-i Bakının müdafiəçisi haqda
İspaniya KİV-i 2013-cü ildə “Real Betis”də baş vermiş hadisələri təhlil edərkən, müdafiəçi Mario Alvaresin “Bakı”ya keçməsinə də toxunub. Azerisport.az İspaniya mətbuatından məlumatı diqqətinizə çatdırır:
“Betis”də olduğu iki il ərzində Alvares əsas heyətin sabit üzvünə çevrilə bilmədi. Buna əsas səbəb, futbolçunun zədəyə meylli olmasıdır. Ötən mövsüm Alvares 11 dəfə meydana çıxıb və 4 dəfədən artıq ardıcıl heç bir oyunda iştirak etməyib. Mario sürətli və sərt, bəzən də kobud müdafiəçi kimi yadda qalıb. “Betis”dəki iki il ərzində 13 sarı və 4 qırmızı vərəqə alıb. O komandasının müdafiəsində iştirakla yanaşı, irəli atılaraq qol vura bilmək xüsusiyyəti ilə fərqlənib. Ancaq “Real Betis” zədə səbəbi ilə sabit çıxışını nizama sala bilməyən futbolçu ilə əməkdaşlığa son verib. “Elçe”nin təklifi rədd etmiş Alvares Azərbaycana ekzotik səfərə yollanıb. Bura o, “Bakı”da çıxış edəcək”.
