27 dekabr 2013 12:44
Simurq bir neçə futbolçusu ilə vidalaşır
“Simurq” bir neçə futbolçusu ilə yollarını ayıracaq. Azerisport.az xəbər verir ki, komandanı tərk edəcək futbolçular arasında bir neçə yerli futbolçu da var.
Onların adı komandanın baş məşqçisi Giorgi Çixradzenin istirahətdən qayıtmasından sonra məlum olacaq.
Qeyd edək ki, klubla müqavilə müddəti başa çatmış serb yarımmüdafiəçi Nenad Kiso artıq komanda ilə vidalaşıb.
