26 dekabr 2013 12:44
Qəbələ Tacikistan yığmasının müdafiəçisi ilə maraqlanır
“Qəbələ” Tacikistan yığmasının və Qazaxıstanın “Jetısu” komandasının müdafiəçisi Davron Erqaşevlə maraqlanır. Azerisport.az “Varziş-Sport” informasiya agentliyinə istinadən xəbər verir ki, oyunçu ilə danışıqlar gedir:
“Davron Erqaşev bu il Qazaxıstan çempionatında uğurla oynayıb. Komandanın əsas heyətində möhkəmlənib. Dəfələrlə çempionatın turlar üzrə rəmzi yığmasına düşüb. Hazırda “Qəbələ” və oyunçu arasında danışıqlar gedir”.
