26 dekabr 2013 12:22
Cihan Özkara: Biz bura qələbə dalınca gəlmişdik
Futbol üzrə Azərbaycan yığmasının hücumçusu Cihan Özkara Türkiyə Superliqasının 18-ci turunda komandası “Sivasspor”un “Akhisar”a 1:2 hesablı məğlubiyyətinə şərh verib. Azerisport.az xəbər verir ki, Cihan Özkara Türkiyə KİV-nə bunları söyləyib:
“Biz bura qələbə, ən azından bir xal dalınca gəlmişdik. Oyunu yaxşı başladıq. Ancaq nəticədə qol buraxdıq. Hakimin bizim futbolçunu meydandan qovması qərarının düzgünlüyü haqda heç nə deyə bilmərəm. İnanıram ki, qarşıdakı oyunlarda uğur qazanacağıq”.
