26 dekabr 2013 11:55
ÇSKA Qəbələyə yox dedi
“Qəbələ”nin Türkiyə toplanışı çərçivəsində rəqibi Bolqarıstanın ÇSKA (Sofiya) klubu 2014-cü il yanvarın 27-ə nəzərdə tutulmuş yoxlama oyunundan imtina edib. Azerisport.az xəbər verir ki, buna səbəb, Bolqarıstan klubunun Türkiyə toplanışından imtinasıdır.
Qeyd edək ki, “radarlar”ın yeddi yoxlama görüşündəki rəqiblərindən yalnız biri məlumdur. Yuri Syominin yetirmələri 2014-cü il yanvarın 16-da Türkiyə Superliqası təmsilçisi “Konyaspor”a qarşı oynayacaqlar.
