26 dekabr 2013 11:33
Qurban Qurbanov: Mövsümün sonunda Qarabağın hansı pilləni tutacağı hələ məlum deyil
“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov azerisport.az saytına müsahibəsində TPL mövsümünün ilk yarısının yekunları haqda danışmaqla yanaşı, ümidləri və gücləndirmə planları haqda danışıb.
- Mövsümün ilk yarısı komandanız üçün necə keçdi?
- Düşünürəm ki, bizdə pis alınmadı. Biz ilk pillədəyik və ölkə kubokunun dörddəbir finalına vəsiqə qazandıq. Belə ki, narazılıq üçün səbəb yoxdur.
- Mövsümün bu yarısını sizin üçün “Qarabağ”da ən uğurlu adlandırmaq olar?
- (Ağır köks ötürüb) Belə də demək olar. Buna baxmayaraq, başqa uğurlu ilk yarılar da olub.
- Mövsümün ilk yarısını təhlil edərkən, yəqin ki, itirilmiş xallar haqda düşünürsünüz?
- Bu yanaşmanı düzün hesab etmirəm. Çempionatımız elədir ki, hər oyunda xal itkisinə hazır olmalısan. Biz 36 xal yığmışıq. Deməli, bu qədərə oynamışıq. Təəssüf yoxdur və olmamalıdır.
- Az qala hər turdan sonra lider dəyişirdi. Sizcə, bu ənənə, mövsümün ikinci yarısında da davam edəcək?
- Bəli, elə də olacaq. Liderlərin yarış cədvəlində sıxlığı elədir ki, üçxallıq sistemdə bu, qaçılmazdır. Biz çempionatın ikinci yarısında buna hazır olmalıyıq.
- Demək, yarışın gedişində “Neftçi”nin yenə də ilk pilləni geri qaytaracağı istisna edilmir?
- Təbii ki. Bu, həm də “Qəbələ”yə aiddir. Hər tur həlledicidir. Gəlin sadə misal götürək. “İnter”lə oyunqabağı bakılıları 6 xal qabaqlayırdıq. Məğlubiyyət təqdirində fərq üç xala enəcəkdi. Ancaq biz qalib gələrək, fərqi doqquz xala çatdırdıq. Mövsümün sonunda Qarabağın hansı pilləni tutacağı hələ məlum deyil - birinci ya beşinci.
- Bəs futbolçulara gəlincə? Siz onların oyunundan razısınız?
- Narazı qaldığım futbolçular olub. Ancaq razı qaldığım və bəzən narazılıq yaradan futbolçular da var (gülümsəyir). Ümumilikdə komanda nəticə üçün bacardığını edirdi. Təbii ki, oyundan sona narazılığımı dilə gətirdiyim görüşlər vardı.
- Bizim müşahidələrə görə, siz bu il oyun zamanı yetirmələrinizə münasibətdə daha emosionalsınız. Bu, nə ilə əlaqədardır?
- Ola bilər. Çempionatın oyunları daha emosional olmağı tələb edir. Axı biz hər epizodda diqqətli olmalıyıq. Ayrıca götürülmüş vəziyyətlərdə hesabda geri olarkən, bəzən nə isə demək vacibdir.
- Bu həftə xarici klubların “Qarabağ”ın braziliyalı oyunçularına maraq göstərməsi haqda məlumat yayıldı.
- Təbii ki, bizim oyunçularla maraqlanırlar və mən buna normal yanaşıram. Biz də başqa futbolçulara maraq göstəririk. Ancaq onların komandamızda qalması bizim üçün vacibdir.
- Maraq göstərirsiniz və hansı mövqeləri gücləndirmək niyyətindəsiniz?
- Konkret olaraq ad çəkmək istəmirəm. Ancaq mən hər xətdə yeni oyunçu görmək istəyirəm. Bizə üç oyunçu lazımdır.
