26 dekabr 2013 21:44

Asim Xudiyev: Bakının şansları başqa şəhərlərdən çox idi

Azərbaycanını futbol veteranı Asim Xudiyev azerisport.az saytına açıqlamasında futzal üzrə UEFA Kubokunun Dördlər finalının Bakıda keçirilməsinə münasibət bildirib:
 
“Mətbuatda Bakının şanslarının daha çox olduğu yazılırdı. Bu, təəccüblü deyil. Axı əvvəllər Tbilisi, Almatı, Barselona yarışa ev sahibliyi etmişdi. Bu səbəbdən Bakının şansları digər şəhərlərdən çox idi. UEFA öz seçimini etdi. Belə ki, bu səviyyəli yarışı keçirməyən şəhərlərə şans verir. “Sərhədçi” idman kompleksinin tutumu müvafiq yarışın reqlamentinə uyğun 5000 nəfər tamaşaçı tutumundan az olsa da, yaxşı təşkilati yanaşma nəticəsində, orada əlavə yerlər təmin etmək olar. “Araz” son oyunları uğurlu keçirdi. Başqa klublarımızın da bu səviyyəyə yüksəlməsi lazımdır. UEFA-nın bu qərarı, Azərbaycanda yalnız futzal bayramı deyil, həm də idman bayramıdır. Düşünürəm ki, yarış yüksək səviyyədə təşkil ediləcək”.
 
Asim Xudiyev həmçinin, “Araz”ın Dördlər finalındakı şanslarına da toxunub: “Yazda, yarışa təxminən bir ay qalmış püşkatma keçiriləcək. Buna baxmayaraq, hər üç klubun böyük potensialı var. Hər birində dünya miqyaslı yüksək səviyyəli oyunçular çıxış edir. İstənilən nəticəyə hazır olmaq lazımdır. Hətta yarımfinala final kimi baxmaq lazımdır. Ancaq hazırda, əlbəttə, rəqibləri qiymətləndirməyin mənası yoxdur. Onların hər biri güclüdür. Düşünürəm ki, doğma divarlar və tamaşaçılar “Araz”a dəstək olmalıdır”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.