26 dekabr 2013 20:33
AZAL dörd yoxlama oyunu keçirəcək
AZAL qış toplanışını iki mərhələdə keçirəcək. Azerisport.az xəbər verir ki, “təyyarəçilər”in baş məşqçisi Vaqif Sadıqov komandanın toplanışının ilk mərhələsini 2014-cü il 6-12 yanvar aralığında Bakıda, ikinci mərhələni isə 12-26 yanvar aralığında ölkədən kənarda keçirmək fikrindədir.
Xarici toplanış mərhələsində komanda dörd yoxlama oyunu keçirməyi nəzərdə tutub. AZAL qış toplanışının ikinci mərhələsinin məkanını hələlik müəyyən etməyib.
