26 dekabr 2013 18:15
Simurq qış təlim-məşq toplanışı üçün planlarını açıqladı
"Simurq" qış təlim-məşq toplanışı üçün Antalyaya yollanacaq. Azerisport.az xəbər verir ki, komanda qardaş ölkəyə yanvarın 8-də yola düşəcək və ilk məşqinə də elə həmin gün çıxacaq.
Antalyananın Side bölgəsində yerləşən "Sueno" otelində məskunlaşacaq Zaqatala təmsilçisinin burada dörd yoldaşlıq görüşü keçirməsi nəzərdə tutulub. Yanvarın 26-da isə Georgi Çixradzenin yetirmələri ölkəyə qayıdacaq və hazırlıqları doğma arenada davam etdirəcək.
Qeyd edək ki, qış təlim-məşq toplanışı çərçivəsində "Simurq"un keçirəcəyi yoldaşlıq görüşləri barədə rəqiblər və tarix dəqiqləşəndən sonra əlavə məlumat veriləcək.
